Donuz əti qatılmış qida yeyənin namazı batildirmi?
Va aleykum salam. İslam dininə görə az olsa belə donuz əti qatılmış qidanı yemək haramdır. Bilərəkdən bunu edən günah qazanır və buna görə həmin şəxs tövbə etməlidir. Bilməyərək yeyənə isə günah yazılmır. Çünki, Uca Allah bu ümmətə səhvən və unutqanlıqdan etdiyi əməlləri bağışlayır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Həmçinin, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari "Hudud" 22; "Talaq", II; Əbu Davud "Hudud" 17; ət-Tirmizi "Hudud" 1; İbn Məcəh "Talaq" 15-16, №: 2043).
Şəriət baxımından tərkibi murdar olan qida yeyən kəs onu qaytarmağa çalışmalıdır. Əgər cəhd edər və bacarmazsa, o zaman bu qida onun namazını və ya dəstəmazını batil etməz və onlara xələl gətirməz. Həmçinin oxuyun: