Bir qadınla kəbinin olduğu halda başqa bir qadınla kəbin kəsdirmək olarmı?

    28.08.2019
Kimdən: 
Rauf
Sual: 
Salam Aleykum...men aileliyem kebinimde var...amma bir xanimi sevirem..o 3 ildi bosanib amma kebini olmayib hec vaxt...indi onunla kebin kesdirmek isteyirem...cunki munasibet qurmaq isteyirem...bunun qaydalari necedi? duzgundurmu yoxsa yox? yeni men 2ci defe kebin kesdire bilerem bawqa bir xanimla?
Cavab: 

Va aleykum Salam. Dinimiz kişiyə eyni vaxtda dörd qadınla kəbin kəsdirməyi icazə verir. Uca Allah buyurur: "Xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisa, 3).
Əgər qeyd etdiyiniz kimi qadın boşanmışsa, bu zaman onun vəlisinin (ata, qardaş, baba, əmi və s.) izni ilə onunla kəbin kəsdirə bilərsiniz. Həmçinin oxuyun:
Nikah
Nikah bağlamağın qaydaları
İslamda 1-dən çox evliliyə icazə varmı?

Teqlər: 
Paylaş: