Sevdiyim qızla münasibətlərim pozulduğu üçün namaz qılmıram...

    04.09.2020
Kimdən: 
AbuZeyn
Sual: 
Salam men bır qızı ureyıme salmışam 5ıldı artıq sevırem onla danışmıyanda delı kımı oluram ama o menı ıstemır bır muddet ıstedı sora ıse prablemler oldu aılemde razı deyıl buna yene danıwırıq arada ama her defe dalawırıq hansısa quvve bızı ayrılmagada qoymur o ıstemesede bir muddet sora yene duzelır aramız namazımı ıse artıq ıkı hefte olar qılmıram cooox esebı olmuwam onla munasıbetım pıs olanda vapwe delı oluram cadu ola bılermı bu caduda olunubsa kım terefden olundugunu bılmırem qızda hec bır kesle munasıbetı davamlı olmur oda mende yarımcıq qalmıwıq bırde ola bılmırık ne ola bıler bu
Cavab: 
Və aleykum Salam. Əvvəla onu qeyd edək ki, namazı tərk etmək böyük günahdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
Tezliklə namaza başlayın. Sevgiyə gəldikdə isə kişinin qadını və qadının da kişini sevməsi qəlb məsləsidir. Odur ki, Uca Allaha dua edərək evlənmək niyyəti ilə daha xeyirlisini sizin qarşınıza çıxarmağını istəyin. Daha ətraflı: 
Haram sevgini necə unutmaq olar?
Sevib, sevilmək barədə
Əsəbi olanda nə etmək lazımdır?
Paylaş: