Hansı namaz daha doğrudur?
Va aleykum salam. Hər hansı bir ibadət növünün qəbul olması üçün iki şərtə əməl edilməlidir:
Birincisi, bəndə ibadətləri yerinə yetirərkən ixlaslı olmalı, ibadəti yalnız Allah rizasını qazanmaq üçün etməlidir. Niyyəti xalis olmalı, Allahdan qeyrisi üçün olmamalıdır. İkincisi, bəndə ibadəti Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğuna müvafiq şəkildə yerinə yetirməlidir. Bidətdən uzaq olmalıdır.
Bu iki şərtdən biri olmadıqda, ibadət qəbul olunmur.
Namaz ən böyük ibadətlərdən sayılır. Namazı da digər ibadətlər kimi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğuna müvafiq şəkildə yerinə yetirmək lazımdır. Uca Allah buyurur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir” (Ali İmran, 31). Həmçinin oxuyun: