Başqa dində olanın İslamı qəbul etməsi və ya müsəlmanın dinini dəyişməsi günahdırmı?

    10.09.2019
Sual: 
Salam Aleykum.hər hansısa dinə mənsub olan adam (məs:xristian,yəhudi) dinini dəyişib islam olaraq qəbul etsə günah sayılırmı? Və ya tam əksi yəni müsəlman olub , dinini dəyişib xristian dinini qəbul etsə günah sayılırmı?
Cavab: 

Va aleykum salam. İslam dini Uca Allahın Qiyamət günü insanlardan qəbul edəcəyi yeganə dindir. Bu səbəbdən İslamdan qeyri dinlərə mənsub olanlar İslam dininə tabe olmalıdırlar. Müsəlmana isə İslamdan başqa dinə keçməsi qadağandır. Uca Allah buyurur: "Həqiqətən, Allahın dərgahında qəbul olunan din, İslamdır!" (Ali İmran, 19).

İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah: “Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!” ayəsi ilə bildirir ki, heç kəsdən Onun qatında İslamdan başqa bir din qəbul edilməyəcəkdir. İslam Allahın göndərdiyi peyğəmbərlərin Allahdan gətirdiklərinə tabe olmaqdır. Peyğəmbərlərin göndərilməsi Muhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə sona çatmışdır. Beləcə, Muhəmmədə göndərilən doğru yoldan başqa Allaha tərəf gedən bütün digər yollar bağlanıldı. Muhəmmədin göndərilməsindən sonra kim onun şəriətindən başqa bir din ilə Allahın hüzuruna gələrsə, bu ondan qəbul edilməyəcək. Necə ki, başqa bir ayədə Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (Ali İmran, 85).

Bu ayədə isə Uca Allah: “Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!” buyuraraq qəbul olunan dinin yalnız İslam olduğunu xəbər verir". Həmçinin oxuyun:

 
Paylaş: