Həvəssiz qılınan namaz qəbul olunurmu?
Va aleykum Salam. Allahın yolunu tutmaq istəyən bir insanın ağlına Allah barədə pis düşüncələrin gəlməsi şeytandandır və bu sizin doğru yolda olmağınıza dəlalət edir. Şeytan bu yolla sizi şübhəyə salıb ümidinizi qırmaq istəyir. Bilin ki, insanın ağlından keçən, lakin dilinə gətirmədiyi şeylərə görə ona günah yazılmır. Bir hədisdə deyilir: "Bir dəstə insan Peyğəmbərin (salləllahu aleyhi ve səlləm) yanına gələrək dedilər: "Ey Allahın elçisi! Bizə bəzən elə fikirlər gəlir ki, biz onu dilə gətirməkdən çəkinirik. Çünki bu fikirlər son dərəcədə böyük və pis fikirlərdir". Peyğəmbər (sallallahu aleyhi ve səlləm) dedi: "Sizdə bunlar baş verirmi?" Səhabələr: "Bəli" - deyə cavab verdilər. Peyğəmbər (salləllahu aleyhi ve səlləm) dedi: "Bu imanın doğru olmasına görədir". (Səhih Muslim, 133).
Şeytan imanı olan və Allaha üz tutan insanlara belə vəsvəsələr verməklə şübhəyə salmağa çalışır. İnsanın bu barədə elmi olmadıqda isə bu fikirlərin onun imanına və ibadətinə təsir etdiyini düşünür. Peyğəmbərimiz (sallallahu aleyhi ve səlləm) demişdir: "Dilinə gətirmədikcə və yaxud bununla əməl etmədikcə, ümmətimin fikrindən keçənlərə görə Uca Allah onlara günah yazmır". (Səhih əl-Buxari, 2528. Səhih Muslim, 127).
Namazın həvəssiz qılınması da yəqin ki, bu vəsvəsələr səbəbindəndir. Əgər namazın şərtlərinə əməl olunursa, namaz qəbul olunur. Namazı həvəssiz qılmaq isə ancaq namazı savabını azalda bilər, onu batil etməz. Həmçinin oxuyun:
Ağlıma pis fikirlər gəlir, insan pis fikrə görə cəzalandırılır?
Tez-tez beynimə pis fikirlər və vəsvəsələr gəlir, nə edim?
Quran oxuyanda beynimə Allaha qarşı pis fikirlər gəlir, nə edim?
Namazın şərtləri hansılardır?
Dəstəmazı və namazı batil edən hallar