Tövbə etdikdən sonra günahlarımı ailə quracağım şəxsdən gizlədə bilərmi?

    06.04.2014
Sual: 
Salam aleykum. Bilirem ki, qizlarin oglanla sevgili olmagi haram buyurulub. Amma sheytan girib aglina qizi aldadibsa, oglanla gunah olan sheyi, meselen el-ele gezmek, anasina yalan danishmaq ve daha bele artigini edibse, daha sonra vicdan ezabi ile qovrulub tovbe edib uzaqlashib namaz qilibsa, hemin insanın gelecekde hali nece olur? Heyat quracagi adama hesab vermelidirmi? Yeni bunu danishmalidir, yoxsa gizletmelidir? Bunu tovbe etdiyi halda ona Allahin sinagi kimi gele biler? Yoxsa artiq etmedikden sonra duasi qebul olunurmur ki?
Cavab: 

Aleykum salam. Əgər Allaha tövbə etsə rahat ailə qura bilər və bunu gizli saxlaya da bilər. Şərt deyil ki, keçmişdə nə olubsa, hamsını ona danışsın. Uca Allaha tövbə etsin, namaz qılsın və düzgün həyat yaşasın, Allah Təala günahları bağşlayandır. Belə etsə, inşallah gələcək həyatına heç bir pis təsir etməz. Həmçinin, oxuyun: Ailə quracağım insandan zina etdiyimi gizlədə bilərəmmi?

Paylaş: