Evli ola-ola başqasını sevmək günahdırmı?
Va aleykum salam. Sözsüz ki, səbir etməyiniz daha yaxşı olar. Əgər həyat yoldaşınız əsəbləşəndə sizə əl qaldırıb ailənizi söyürsə, o zaman mübahisəyə səbəb olacaq sözlərdən və əməllərdən çəkinin. Çünki boşanma heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Bu, həm sizə, həm uşaqlara, həm də yoldaşınıza pis təsir göstərəcək. Bu səbəbdən qədərlə barışıb ailə həyatınıza davam edin. Allaha ərinizin islah olunması üçün dua edin. Qəlblər Uca Allahın əlindədir, istədiyi kimi onları çevirə bilər. Dua edin ki, Uca Allah ərinizin qəlbində sizə və ailəsinə qarşı məhəbbət yaratsın və onu islah etsin.
O ki qaldı evli ola-ola başqasını sevmək, sözsüz ki, bu ərə xəyanətdir. Bilin ki, ailə və övlad Uca Alahın sizə verdiyi bir nemətidir. Bu neməti qoruyun və Allaha buna görə şükür edin. Qadın ərinin namusunu qorumalıdır. Ərindən başqasını sevmək isə gizli əlaqələrə və haram işlərə gətirib çıxara bilər. Şeytan sizə vəsvəsə verib haram işlərə sürükləyə bilər. Uca Allahın sizin üçün seçdiyi ailəni qoruyun. Uca Allah sizin üçün hansı ailənin xeyirli olduğunu daha yaxşı bilir. Bu, Allahın sizin üçün seçimidir. Allahın seçimi sözsüz ki, sizin seçiminizdən daha xeyirlidir. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). Həmçinin oxuyun:
Ailədə münaqişələrin yaranmaması üçün nə etmək lazımdır?
Ərim mənə maraq, qayğı göstərmirsə, boşanma tələb edə bilərəmmi?