Fərz namazından sonra deyilən zikrləri saxlayıb nafilə namazından sonra etmək olarmı?

    23.09.2019
Kimdən: 
Sultan
Sual: 
Salam aleykum.Farz namazından sonra zikr edilib sonra sünnət namazı qılınır, yoxsa sünnət namazı qılıb, ən sonda zikr edilir? Aişə(r.a) anamızdan rəvayət də var. Dəqiq yadımda qalmayıb. Farz namazından sonra "Allahummə əntəs səlam..." duasına qədər zikr edib peyğəmbərimiz(s.a.s) qalan zikrləri sünnət namazından sonraya saxlayıb.
Cavab: 

Va aleykum salam. Fərz namazından sonra deyilən zikrləri fərz namazından dərhal sonra etmək daha yaxşıdır. Kəb ibn Ucra (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Fərz namazlarının ardınca bu zikrləri deyən ziyana uğramaz: "Otuz üç dəfə "Subhənəllah", otuz üç dəfə "Əlhəmduliləh" və otuz dörd dəfə "Allahu Əkbər"" (Muslim, 596).

Hədisdən gördüyümüz kimi Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu zikrləri fərz namazlarının ardınca deməyi tövsiyə etmişdir. Həmçinin, fərz namazlarından sonra deyilən digər zikrlər də bu qaydada deyilir. Zikrləri saxlayıb sünnət namazından sonra demək barədə hər hansı bir dəlil yoxdur. 

Həmçinin, fərz namazlarından sonra zikr etməklə fərz namazı ilə nafilə namazı arasında fasilə verilir. Səhih hədisdə deyilir ki, Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) fərz namazından dərhal sonra nafilə namazı qılmağı qadağan etmiş, bu arada danışmağı və ya yeri dəyişməyi buyurmuşdur. (Muslim, 883). Həmçinin oxuyun:

Salam verib namazı bitirdikdən sonra edilən zikrlər

Teqlər: 
Paylaş: