Nişanlım dalaşarkən "gəl ayrılaq" deməsi kəbini pozurmu?
Va aleykum salam. Əgər kəbin kəsilibsə, siz artıq ər-arvad sayılırsınız. Bu səbəbdən kişi dalaşarkən dediklərinə diqqət etməlidir və boşanma mənasını ifadə edən sözlərdən çəkinməlidir. Çünki kişinin niyyətindən asılı olaraq boşanma mənasını ifadə edən sözləri işlətməsi nikahın pozulmasına səbəb ola bilər. Əgər o, bu sözləri üç dəfə müxtəlif vaxtda işlədərsə, nikahın birdəfəlik pozulmasına gətirib çıxara bilər. Qadının isə bu sözləri deməsi nikaha təsir etmir. Əgər kişi qəzəblənərkən bu cür sözlər işlədirsə, qadın çalışmalıdır ki, kişini qəzəbləndirməsin. Sualda qeyd olunan "gəl ayrılaq", "istəmirəm səni", "qurtardı", "rədd ol", "nişanı qaytaracam" sözlərinin boşanmağa dəlalət etməsi niyyətdən asılıdır. Kəffarəyə gəlincə, nikahla əlaqəli məsələlərdə kəffarə yoxdur. Həmçinin, nikah və boşanma ilə bağlı buradan oxuya bilərsiniz: