İmam Hüseyn, yoxsa İmam Əli daha fəzilətli hesab olunur?
Əssələmu aleykum. Əli və oğlu Hüseynin (Allah onların hər ikisindən razı olsun) özünəməxsus fəzilətləri vardır. İlk növbədə onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli-beytindən sayılır. Əli (Allah ondan razı olsun) Peyğəmbərin əmisi oğlu, həm də qızı Fatimənin (Allah ondan razı olsun) əridir. Hüseyn isə onların evliliyindən dünyaya gəlmişdir. Əli (Allah ondan razı olsun) sağlığında Cənnətlə müjdələnən on səhabədən biridir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hüseyni Cənnətlə müjdələyərək demişdir: "Həsən və Hüseyn Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirlidir" (Müstədrək əl-Hakim, 3/167). Hədisdən göründüyü kimi Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əlinin (Allah ondan razı olsun) onlardan daha fəzilətli olduğunu bildirmişdir. Həmçinin oxuyun: