Qəbirstanlığa girərkən salam verməyimiz ölülərin eşitməsi anlamına gəlirmi?
Va aleykum salam.
1) Səhih hədislərdə Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) barədə "sayıqlayır" deməsi gəlməmişdir. İbn Abbas (Allah ondan və atasında razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm ayağında ağrıları şiddətlənərkən: "Mənə (üstündə) yazı yazmaq (yəni yazdırmaq) üçün bir şey gətirin, sizə elə bir yazı yazım ki, ondan sonra zəlalətə düşməyəsiniz"– deyə buyurdu. Ömər (Allah ondan razı olsun): "Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ağrıları şiddətlənmişdir, bizim əlimizdə Allahın Kitabı var, o bizə kifayət edər" – dedi. Bu vaxt (əshabələr) arasına ixtilaf düşdü, səs-küy qalxdı və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara: "Qalxın yanımdan! Mənim hüzurumda mübahisə etmək olmaz" – deyə buyurdu. (əl-Buxari, 114. Muslim, 1637).
Başqa bir rəvayətdə (əl-Buxari, 3053) bu hadisənin cümə axşamı baş verdiyi bildirilir. Gördüyümüz kimi hədislərdə Ömər (Allah ondan razı olsun): "Peyğəmbərin ağrıları şiddətlənmişdir" - demişdir. Belə deməsinə səbəb isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) narahat olmasını istəməməsindən və ona şəfqət hissindən irəli gəlirdi. Bu hadisədən sonra Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dörd gün həyatda qaldı və əgər yazdırmaq istədiyi vəhy olsaydı, onun qarşısını nə Ömər, nə də başqası ala bilməzdi.