Heyzli qadın məscidə gedə bilərmi?

    28.10.2019
Kimdən: 
Nuray
Sual: 
Salam.eger qadinin edet gorme donemi Asura gunune tesaduf edibse bu onun mescide getmesine manedir?gede biler ya yox?
Cavab: 

Va aleykum Salam. Heyzli qadının, həmçinin boynunda cənabət qüslü olanın məscidə girməsi qadağandır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) heyzli qadınların bayram namazında iştirak etmələri barədə demişdir: "Qoy heyzli qadınlar namaz qılınan yerdən kənar dursunlar". (Səhih əl-Buxari, 324).
Həmçinin, boynunda cənabət qüslu olanlar haqda Uca Allah belə buyurur: "Cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın". (ən-Nisa, 43).
İbn Kəsir bu ayənin təfsir edərkən belə demişdir: "Bu ayədə Uca Allah boynunda cənabət qüslu olanın məscidlərə yaxınlaşmasını qadağan edir. Yalnız oturmamaq şərti ilə bir qapıdan girib digərindən çıxan istisnadır". Həmçinin heyzli qadının hökmü də belədir. Həmçinin oxuyun:
Aşura gecəsi nə etmək lazımdır?
Əzadarlıq haqqında
Qadın heyz halında nələri edə bilməz? 

Paylaş: