Kişi öz arvadına "Səni boşayacam" deməsi kəbini pozurmu?

    22.10.2019
Kimdən: 
Adsiz
Sual: 
Salam.sualima gore evvelceden üzr isteyirem.Men aileliyem lakin yoldaşımla yola getmirik,defelerle səni bowayacam deyib ve atan evine get deyib,bu illerdir bele davam edir.bilmek isteyirem bizim nigahimiz pozulub ya yox.kebinimiz sayılır bu halda?və mən belə halda bawqasiynan kəbin kesdire bilerem?
Cavab: 

Va aleykum Salam. Kişinin öz arvadına: "Səni boşayacam" - deməsi boşanma sayılmır. Bu, sadəcə gələcəkdə ola biləcək bir şeyi xəbər verməkdir. Həmçinin, "Atan evinə get" ifadəsi də boşanmanı əks etdirmir. Boşanma müəyyən şərtlərə bağlıdır. Bu məsələ ilə bağlı yaxşı olar ki, öz vəlinizə (ata, qardaş, əmi, və s.) müraciət edəsiniz. Ərdə olan qadın başqası ilə kəbin kəsdirə bilməz. Həmçinin oxuyun:
Nişanlım mənə əsəbi halda "səni boşayıram" dedi, biz boşanmış sayılırıqmı?
Ərli qadınla kəbin kəsdirmək olarmı?
Nikah bağlamağın qaydaları
Talaq (boşanma)

Teqlər: 
Paylaş: