Təharətdə şübhə gəldiyinə görə hər dəfə ayağımı yuyuram, bundan necə xilas olum?

    28.10.2019
Sual: 
Salam Aleykum. Men her defe ayaqyolunda olanda ayagima sidik deydiyini dusunurem. Buna gorede namazdan evvel hemise ayigimi yuyuram buda sehetimde problem yaradir.2 her defe qüaul alanda neyise duzgun etmediyimi dusunub tekrar tekrar aliram
Cavab: 

Va aleykum salam. Əgər sidiyin ayağınıza bulaşdığına yəqin olmayaraq ancaq şübhə edirsiniz və bu hal hər dəfə sizdə davam edirsə, bu şübhə şeytanın vəsvəsəsidir. Şeytan bu yolla ibadəti sizə ağırlaşdırmaq və beləcə ibadətdən sizi yayındırmaq istəyir. Bilin ki, Uca Allah insanın gücünün çatmadığı əməlləri ona buyurmaz. Ayağınızı bir daha yumayın və sizə gələn fikirlərin vəsvəsə olduğunu bilərək onlara heç bir əhəmmiyyət verməyin.  

Vəsvəsə və ondan xilas olmağın yolları barədə bu cavabları oxuyun:

Paylaş: