Adımı dəyişdirib Əraf qoya bilərəmmi?

    28.10.2019
Kimdən: 
Bir Allah bəndəsindən.
Sual: 
Ben ismimi değişmek istiyorum Əraf koymak istiyorum buda cənnətlə cəhənnəmin arasındaki, sədd anlamına gəliyor ben bu adı koya bilirmiyim izin verilən isimler sırasında varmı böyle bir ad? Lütfün çok önemli..?
Cavab: 

Əssələmu aleykum. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız mənaları pis olan adların dəyişdirilməsini tövsiyə edirdi. Digər hallarda isə adı dəyişdirmək bəyənilmir. Əgər öz adınızın mənası yaxşıdırsa və şəriətə müxalif adlardan deyilsə, bu adı dəyişməyi sizə tövsiyə etmirik. Əraf adına gəlincə, sualda qeyd etdiyiniz kimi bu, Qiyamət günü Cənnətlə Cəhənnəm arasında olan bir təpənin adıdır. Savabları ilə günahları bərabər olanlar bir müddət bu təpədə gözləyəcək, sonra isə Allahın lütfü ilə Cənnətə daxil ediləcəklər. Bu adın insana qoyulmasını qadağan edən hər hansı bir dəlil olmadığı üçün bu adı qoymaq olar. Həmçinin oxuyun:
Oğlumun adı Romandır, bu adı dəyişmək lazımdırmı?
Uşağa ad qoymaq barədə

Paylaş: