Məğrib və İşa namazlarında iqamənin əvəzinə üç dəfə "əs-saləh" deməyim düzgündürmü?
Va aleykum salam. Tək halda namaz qılan üçün azan və iqaməni demək müstəhəbdir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Abdur-Rahmən ibn Əbu Sasa əl-Ənsariyə demişdir: "Görürəm sən qoyun otarmağı və vaxtını çöldə keçirməyi xoşlayırsan. Qoyun otarmağa çıxdıqda namazın vaxtı yetişərsə, tək olsan belə, yüksək səslə azan ver. Çünki mən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: "Müəzzinin səsini eşidən elə bir cin, elə bir insan və elə bir məxluq yoxdur ki, Qiyamət günü ona şahidlik etməsin" (əl-Buxari, 609).
Həmçinin, azan və iqamə Allahı zikr etmək və günahların bağışlanmasına səbəbdir. Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Mən Allah Elçisini (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: "Rəbbin dağın başında qoyun otaran çobanın azan verib, namaz qılmasına təəccüb edir. Uca Allah belə buyurur: “Bu quluma baxın! Məndən qorxduğuna görə azan verib, namaz qılır. Artıq Mən qulumu bağışladım və Cənnətə daxil etdim" (ən-Nəsai, 660).
Camaat halında namaz qılanlara isə aralarından bir kəsin azan və iqamə deməsi vacibdir. Buna dəlil isə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) daim camaat olduqları halda azan və iqamə deməyi əmr etməsidir.
İqamənin yerinə 3 dəfə əs-saləh deməyə gəlincə, bu barədə Peyğəmbərimizdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər hansı bir hədis gəlmədiyinə görə belə demək olmaz. Həmçinin oxuyun:
Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?