Namaza başlayanda təkbirin yerinə hansı zikrləri demək olar?

    25.09.2019
Sual: 
ƏsSələmun Aleykum... namaza baslayanda Allahu Əkbər yerine basqa hansi zikrleri demek olar? Xais edirem cavab verin..tesekkurler
Cavab: 

Va aleykum salam. Namaza başlayarkən "Allahu Əkbər" demək namazın əsaslarından sayılır. Bu rüknu (əsası) tərk edənin namazı batildir. Təkbir gətirərkən əlləri çiyinə və ya qulaqların səviyyəsinə qədər qaldırmaq isə sünnədir. Namaza başlayarkən "Allahu Əkbər" əvəzinə başqa bir zikr demək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə belə demişdir: "Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də o cür namaz qılın!" (Səhih əl-Buxari, 631). 

Əbu Hureyrə Peyğəmbərin namazını düzgün qılmayan bir kişiyə belə dediyini rəvayət etmişdir: "Namaza başlayanda: "Allahu əkbər" - de!" (Buxari: 11/ 36/ № 6251. Müslim: 1/ 298/ № 397). Həmçinin oxuyun:

 

Teqlər: 
Paylaş: