Ərindən boşanmadan ayrılmış qadın başqası ilə ailə qura bilərmi?

    21.11.2019
Kimdən: 
Aysu
Sual: 
Salam.Men Aileli qadinam.Bir oglum var.(zakzli kebinli aileliyem)Amma 2ildi ki Ailemle ayriyiq.Yeni Ayrilmisiq.Qynanamla baldizim Yoldasima at dedi on da meni atdi.Sonra 1ay oglu ile maraqlandi sora maraqlanmadi.Bosanmaya atam icaze vermir.Yoldasimda basqa qadinla aile qurmasada birliydedi.Bu meni cox incidir.Mende heyatimda biri olsun isdeyirem.Bu gunahdirmi.Yeni heyatimda biri olsa gunah isdemis olarami.Qeyd edimki 2ildi Yoldasim bizle maraqlanmir ne maddi ne menevi hec bir xeyiri yoxdu.Ancaq pozqun bir qadina ilisib onunla heyatini yasayir.Mende ozume heyaat qurmaq isdeyirem.
Cavab: 
Va aleykum Salam. Əriniz sizdən ayrı yaşasa da, əgər sizi boşamayıbsa, siz hələ də onun kəbinli arvadı sayılırsınız. Şəriətə görə qadın ərindən boşanmamış və iddə (gözləmə) müddəti bitməmiş başqa kişiyə ərə gedə bilməz və ya münasibət qura bilməz, çünki bu münasibət zina sayılır. Əgər əriniz sizdən ayrılıbsa və sizinlə maraqlanmırsa, bu halda siz öz vəlinizə (atanıza, qardaşınıza və s.) müraciət etməlisiniz. Sizin vəliniz ərinizlə əlaqə saxlayıb ondan son qərarını öyrənməlidir. Ya ailəsinə qayıdıb sizə sahib çıxmalı, ya da gözəl şəkildə ayrılmalıdır. Uca Allah bu xüsusda buyurur: "Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar". (əl-Bəqərə, 231).
Lakin səbir edib ərinizin qayıtmasını gözləməyiniz sizin üçün daha yaxşı olar. Həmçinin, insanlardan və ya qohumlardan ərinizə sözü keçən kəslərdən ona nəsihət etmələrini xahiş edin. Bu işdə Allahdan kömək istəyin və ümidinizi kəsməyin. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir". (əl-Bəqərə, 45). 
"Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur)". (əl-Bəqərə, 153). Həmçinin oxuyun:

 

Teqlər: 
Paylaş: