Namazda ikən axıntı hiss etmək namazı pozurmu?

    24.12.2019
Kimdən: 
Elvin
Sual: 
Salam aleykum .namazda iken maye yeni vadi axdiğini hiss etdim .amma namaza davam etdim .indi namazi davam etmekle duz etdim
Cavab: 

Va aleykumus-sələm. Əvvəla bunu qeyd edək ki, "vədi" cinsi əlaqədən sonra gələn mayedir. Şəhvət hissi olduqda gələn maye "məzi" adlanır. Məzinin gəlməsi dəstəmazı pozur və özü də nəcis sayılır. Yəni, paltara dəydikdə yuyulması vacibdir. Namaz əsnasında cinsiyyət orqanından maye axdığını zənn etmək namazı və ya dəstəmazı pozmur. Əgər bu sadəcə ehtimaldırsa, bu halda namazdan çıxmamaq və namazı davam etməklə düz etmisiniz. Lakin namazdan sonra dəqiqləşdirin. Əgər cinsiyyət orqanından maye gəlmişsə, bu halda övrət yerini və paltarda məzi dəyən yeri yumaq (və ya dəyişmək), sonra dəstəmaz alıb namazı yenidən qılmaq lazımdır. Əgər namaz əsnasında mayenin axmasını yəqin bildinizsə, bu halda dərhal namazdan çıxın və cinsiyyət üzvünü və paltarı təmizlədikdən sonra dəstəmaz alıb yenidən namazı qılın. Əgər axıntı adət halını almışsa, onda hər namaz üçün dəstəmaz alınır və sonra gələn axıntı dəstəmazı pozmuş sayılmır. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: