Tez-tez məzi ifraz olunursa, namaz necə qılınmalıdır?
Va aleykum salam. Məzinin ifraz olması dəstəmazı pozur. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Məndən çoxlu məzi ifraz olunurdu. Amma mən Fatiməyə görə bu haqda Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşmağa utanırdım. Ona görə bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə tapşırdım. O, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu haqda soruşub belə cavab aldı: "Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın". (əl-Buxari, 132; Muslim, 303).
Lakin, əgər məzinin gəlməsi adət halını alaraq tez-tez gəlirsə, hər namazdan əvvəl dəstəmaz alıb namaz qılmalı və namaz əsnasında gələn axıntıya fikir verməməlisiniz. Həmçinin oxuyun:
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
Dəstəmazı pozan amillər hansılardır?
O ki qaldı bunun qarşısını almaq üçün masturbasiya etməyə, bu əməl günah sayılır. Həmçinin oxuyun: