Ölüm qorxusunun gəlməsi nədəndir?

    24.12.2019
Kimdən: 
Vusal
Sual: 
Salam bir gun mene xestelik qorxusu geldi sora panike dusdum ne oldugunu bilmedim hek kime hekne demedim sora depresiyyaya dusdum indide olum qorxusu geldi dedim qorxmuram olumden sora Allaha kufrler geldi sora vesveseler geldi sora hiss etdim ki kimse menle icimde daniwir ne etmeliyem rukiye etdirmiwem.
Cavab: 

Va aleykumus-sələm. Sualda qeyd etdiyiniz narahatlıq şeytanın vəsvəsələridir. Belə vəsvəsələrə fikir verməmək və hər şeyi Allaha həvalə etmək lazımdır. Həmçinin, bu narahatlıq xəstəlik səbəbilə də olur. Çünki insan xəstələndikdə, orqanizmi zəifləyir və ölümü barədə narahatlıq keçirir. İnsan xəstəlikdən keçirdiyi halı ölümə bənzədir. Bilin ki, ölüm bizim keçirtdiyimiz pis hislərlə heç bir əlaqəsi yoxdur və ölümün gəlişi hislərə bağlı deyil. Yəni, nə qədər özünüzü pis hiss etsəniz də, bilin ki, ölüm anında keçirtdiyimiz hiss tamam fərqli olacaq. Həmçinin, bilin ki, bu, sadəcə qorxu hisləridir. Ölüm əzəldən təyin olunmuş əcəldir. Əcəl insanı nə bir saat qabaqlayar, nə də gecikə bilər. Ölümdən qaçmaq mümkün deyil. Uca Allah bu xüsusda buyurur: "Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta əl­çatmaz qala­lar­da ol­sanız belə" (ən-Nisa, 78).
Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: