Ərimin xətrinə dəymişəm, nə edim ki, məni bağışlasın?

    27.12.2019
Kimdən: 
Arzu
Sual: 
Həyat yoldaşım məndən QƏLBİ qırılıb.ona çox pis sözlər dedim. İndi məni bağışlaya bilmir. Mənə Deyir ki səni bağışlamışam ama ürəyim səni qəbul ede bilmir.istəmirəm deyir .həyatdan yaşamaqdan bezmişəm deyir ölmək istiyirəm deyir.bezmişəm hər şeydən deyir .sıxıntı qorxu var içimdə deyir.mən xanımı olaraq onu evimizə ailəmizə necə geri qaytara bilərəm.hansı duaları edim?ərim mənintəzədən sevsin həyatı yaşamağı sevsin diyə nə edə bilərəm.allaha necə yalvarım hansı duaları edim ki ailəm dağılmasın?yalvarıram mənə kömək edin
Cavab: 
Əssələmu aleykum. İslam dini ərlə arvadın bir-birinə qarşı hörmətlə, gözəl şəkildə davranmalarını əmr edir. Bu, həm kişiyə, həm də qadına vacibdir. Lakin kişinin qadın üzərində olan haqqı qadının kişi üzərində olan haqqından bir dərəcə üstündür ki, bu da qadının ərinə itaət etməsidir. Uca Allah bu xüsusda buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir". (əl-Bəqərə, 228).
İbn Kəsir bu ayənin təfsirində demişdir: "Yəni, yaradılışda, əxlaqda, dərəcədə, əmrə itaətdə, kişinin öz malından xərcləməsində, ailəsinin ehtiyaclarını ödəməsində, həm dünya, həm də Axirət üstünlüyündə kişilər qadınlardan bir dərəcə üstünlüyə sahibdirlər. Uca Allah buyurduğu kimi: "Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər". (ən-Nisa, 34).
Günahınızdan Allaha tövbə edin və ərinizin ailənizə qayıtması üçün çalışın. Əgər bunu özünüz edə bilməsəniz, o zaman həm öz ailənizdən, həm də ərinizin ailəsindən sözünü qəbul edəcək bir şəxsə müraciət edin. Uca Allah buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır". (ən-Nisa, 35). 
Həmçinin, Allaha dua edin, çünki qəlblər Allahın əlindədir, onları istədiyi kimi çevirə bilər. Uca Allah ərinizin qəlbindəki sizə qarşı olan kin-kidurəti və qəzəbi söndürməyə qadirdir. Bu səbəbdən duanın qəbul olan saatlarında Allaha dua edin. Həqiqətən, O, duaları Eşidəndir, qəlblərdə olanı Biləndir. Daha ətraflı:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?
Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?
Yoldaşım məndən ayrılmaq istəyir, necə dua etməliyəm ki, qayıtsın?
Teqlər: 
Paylaş: