Fəcr surəsində "And olsun on gecəyə" ayəsinin izahı necədir?

    20.01.2020
Kimdən: 
Allah Bəndəsi
Sual: 
Salam Aleykuma önceden Allah Razı olsun sizden!El_Fecr Dan yeri Suresi 2ci ayesinde yazilibki And olsun (on geceye) xaiş edirem izah ederdiz on gece ne nezerde tutulur
Cavab: 

Va aleykumus-sələm. 

Uca Allah əl-Fəcr surəsində buyurur: "1) And olsun fəcrə! 2) And olsun on gecəyə!(əl-Fəcr, 1-2). İbn Kəsir bu ayələrin təfsirində deyir:

"Fəcr - bilindiyi kimi, sübh, dan yeri deməkdir. Bu fikri Əli, İbn Abbas, İkrimə, Mucahid və Süddi söyləmişlər. Məsruq və Məhəmməd ibn Kəbdən nəql olunan fikrə görə isə, burada nəzərdə tutulan xüsusilə Qurban bayramının sübhüdür və bu da on gecənin sonuncusudur. Bəziləri də deyirlər ki, burada nəzərdə tutulan həmin vaxt qılınan namazdır. "And olsun on gecəyə!" Burada Zul-hiccə ayının ilk on gecəsi nəzərdə tutulur. Necə ki, bu fikri İbn Abbas, İbn Zubeyr, Mucahid, habelə sələf və xələflərdən daha bir neçə nəfər söyləmişdir. əl-Buxarinin “Səhih” əsərində İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) demişdir: "Allah qatında əməllərin bu on gündən daha sevimli olduğu bir gün yoxdur”. Burada söhbət Zul-hiccənin ilk on günündən gedir. Orada olan səhabələr soruşdular: "Hətta Allah yolunda cihaddan da?" Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Allah yolunda cihaddan da. Ancaq canı və malı ilə gedən və bunların heç biri ilə dönməyən kəs istisnadır". Bəziləri deyirlər ki, on gecə dedikdə Məhərrəm ayının ilk on günü nəzərdə tutulur. Bunu Əbu Cəfər ibn Cərir qeyd etmiş, lakin heç kəsə istinad etməmişdir. Əbu Kədinə, Qabus ibn Əbu Zübyan vasitəsilə "And olsun on gecəyə!" ayəsi haqda İbn Abbasın belə dediyini nəql etmişdir: "Bu, Ramazan ayının ilk on günüdür". Lakin doğru olan birinci rəydir". Yəni burada Zul-Hiccə ayının ilk on günü nəzərdə tutulur. Uca Allah Quranda and içdiyi məxluqatın əzəmətliyinə və önəmliyinə diqqəti çəkmək üçün and içmişdir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: