Qüsl almağı niyyət edib sadəcə çimdikdə qüsl etmiş sayılırammı?
Va aleykumus-sələm. Sadəcə qüsl etməyi niyyət etməklə (qəlbdən keçirməklə) hamama girib ağıza və buruna sua alıb, sonra bütün bədənə su vurmaqla qüsl tamamlanmış olur. Bu qeyd etdiyimiz qüsldə vacib olanlardır və bunlardan (niyyət, ağıza və buruna su almaq və bütün bədənə su vurmaq) hər hansı birini etməyənin qüslü düzgün sayılmır. Bu səbəbdən alimlər bu şəkildə edilən qüslü "vacib qüsl" adlandırırlar. Qüsl edərkən övrət yerindən başlamaq, sonra dəstəmaz almaq, sonra başa, sağ çiyinə sonra isə sol çiyinə su axıtmaqla bədəni yumaq, sonda isə ayaqları yumaq müstəhəbdir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu şəkildə qüsl aldığı üçün bu cür qüsl etmək bəyənilir. Bu səbəbdən alimlər bu növ qüslü "kamil qüsl" adlandırırlar. Qüsl barədə daha ətraflı oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?