Ölüm ayağında olan insanın gözünə kimlərinsə görünməsi nədəndir?
Sual:
Salam aleykum insan ölum halinda olarken ölumune 2 ya 3gun qalmis gorusen ki oz ozne kimlernense danisir menim emim dunyasin deysende o heyetde coxlu adamlarin oldugunu deyirdi ama heyetde heckes yox idi ölum halinda olan insanlara baş cekende gorusenki hami bu hali yasayir gozlerine kimse gorsenir sanki kimnense danisir zehmet olmasa bu haqqda etrafli yazardiz
Cavab:
Va aleykumus-sələm. İnsan ölüm ayağında mələkləri görür. Ola bilsin sizin müşahidə etdiyiniz də məhz bu haldır. Mömin insan rəhmət mələklərini görür və bu mələklər onu Cənnətlə müjdələyir. Kafir insan isə əzab mələklərini görür və bu mələklər onu əzabla hədələyir. Uca Allah mömin barədə buyurur: "Həqiqətən də: "Rəbbimiz Allahdır!"– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır". (Fussilət, 30-31). Kafir barədə isə belə buyurur: "Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. Mələklər deyəcəklər: "Cənnətə girməyiniz qadağandır, qadağan!" (əl-Furqan, 22). Həmçinin buyurur: "Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: “Dadın yandırıcı odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir". (əl-Ənfal, 50). Ölüm ayağında baş verəcəklər barədə Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə xəbər vermişdir. Ubadə ibn Samit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər, kim də Allahla qarşılaşmaq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz."
Aişə və ya peyğəmbərin zövcələrindən biri (Allah onlardan razı olsun) belə demişdir: "Axı biz ölmək istəmirik?!" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Söhbət bundan getmir. İş orasındadır ki, möminə ölüm yetişdiyi zaman ona müjdə verilir ki, Allah (ondan) razı qalmış və ona ehtiram göstərmişdir. Həmin an onun üçün qarşıda onu gözləyən (nemətdən) daha sevimli bir şey ola bilməz. Odur ki, o, Allahla qarşılaşmaq istəyir, Allah da onunla qarşılaşmaq istəyir. O ki, qaldı kafirə, (ölüm) onu haqladığı zaman ona müjdə verilir ki, Allah onu əzaba düçar edəcək və onu cəzalandıracaqdır. Həmin an onun üçün qarşıda onu gözləyən (bəladan) daha pis bir şey ola bilməz. Odur ki, o, Allahla qarşılaşmaq istəmir, Allah da onunla qarşılaşmaq istəmir". (Səhih əl-Buxari, 6507). Daha ətraflı:
Can alan və sorğu-sual edən mələklər
Ölüm anında insan hansı hisləri keçirir və ölüm mələyi ona hansı şəkildə görünür?