Ölüyə Fatihə vermək olarmı?
Sual:
Ölüye Fatihe vermeyin qaydası nece olur ve ya hansı sözler deyilmelidi?
Cavab:
Əssələmu aleykum. "əl-Fatihə" surəsi Qurani Kərimin birinci surəsidir. "əl-Fatihə" sözünün mənası "Quranı açan" deməkdir. Qurani Kərim bu surə ilə başladığı üçün belə adlaanmışdır. Həmçinin namaz bu surə ilə başlayır. Uca Allah Quranı ölülərə oxumaq üçün nazil etməmişdir. Quran oxunub əməl olunmaq üçün gönədirilmişdir. Nə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nə də onun səhabələri (Allah onlardan razı olsun) ölü üçün Fatihə verməmişlər. Uca Allah buyurur: "Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik". (Sad, 38). Daha ətraflı:
Quranı oxuyub ölüyə tapşırmaq olarmı?
əl-Fatihə surəsinin təfsiri