Xanımımın xəbəri olmadan başqa biri ilə evlənməyim ona qarşı xəyanət etmək sayılırmı?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimizdə siğə deyilən bir nikah növü yoxdur. Siğənin haramlığı barədə bu cavabı oxuyun: Nəyə görə siğə etmək olmaz?
Ailənin davamlı və xoşbəxt olması üçün ər-arvad arasında səmimiyyət və düzgünlük hökm sürməlidir. Şəriət kişiyə ikinci zövcə almasına icazə versə də, onun bu evliliyi birinci zövcəsindən gizlətməsi ər-arvad arasında münasibətlərin pozulmasına və sonda artıq qurmuş olduğu ailənin dağılmasına gətirib çıxara bilər. Bu səbəbdən düzgün olmaq üçün birinci zövcənin bu evliliyi bilməsi məsləhətdir. Çünki ikinci evliliyi gizlətmək istər-istəməz kişini yalan danışmağa, daim sıxıntı içində olmağa vadar edəcəkdir. Uca Allah buyurur: "...onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisa, 3). Həmçinin oxuyun:
Birinci zövcənin razılığı olmadan, kişi ikinci zövcəni ala bilərmi?
Həyat yoldaşım ikinci evliliyimə halallıq vermirsə, günah qazanır?