Evliliyə hazırlaşmaq məqsədilə erotik filmlərə baxmaq olarmı?

    12.03.2020
Kimdən: 
Anonim
Sual: 
Salam,bu sualıla görə əvvəlcədən üzr istəyirəm. Mənim 17 yaşım var, eroyik filmlərə baxmıram. Bu barədə elə də məlumatım yoxdur. Çünki özümü hər dəfə bundan uzaq tutmuşam. Mənim yaşıdlarım isə baxır, bu barədə nəsə bilirlər. Halbuki, mənim bu qədər yaşım var və mən öz bərabər cinslərimdən məhz bu xüsisyyətimə görə fərqlənirəm. Məni qorxudan odur ki, mən gələcəkdə evlənəndə ilk gecə günü öz arvadımın yanında biabır olacam. Çünki sözügedən məsələ haqqında heç nə bilmirəm. Məm az da olsa, "maariflənməli" deyiləm? Bu günah olacaq? Axı mən öz yaşıflarımın arasında seçilirəm, bəzən onlar bu haqda danışanda mən bilmirəm deyə fərqlənirəm, gülünc vəziyyətinə düşürəm. Axı mən nə vqxt oğlan kimi olacam
Cavab: 

Va aleykumus-sələm. Dinimiz erotik filmlərə baxmağı qadağan edir. Uca Allah buyurur: "Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar". (ən-Nur, 30-31). Uca Allah ayədə əvvəlcə baxmağı, sonra zina etməyi qadağan edir, çünki baxmaq zinaya aparan yollardandır. Bu ayədə isə zinaya aparan bütün yollardan uzaq durmaq əmr olunmuşdur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Naməhrəm qadına baxmaq iblisin zəhərli oxlarından biridir. Kim onu Allahdan qorxaraq tərk edərsə, Uca Allah onu elə bir iman ilə mükafatlandırar ki, onun sayəsində qəlbində imanın şirinliyini dadar, tapar". (İmam Əhməd). 

Buna görə də siz, belə filmlərə baxmaqdan imtina etməklə düzgün yol tutmusunuz. Uca Allahdan sizi haqqa yönəltməsini və bu yolda sabit etməsini diləyirik. Çünki bu cür filmlər insana nəyisə öyrətməkdən çox onun əxlaqını pozur və insanı zinaya və harama sövq edir. Cinsi əlaqə ilə bağlı sizə qaranlıq qalan məsələləri siz vaxtı gəldikdə (evlənmə ərəfəsində) öz yaxınlarınızdan soruşa bilərsiniz. Bunun üçün əxlaqsız filmlərə baxmağa ehtiyac yoxdur. Qeyd etdiyiniz erotik filmlər son əsrdə kafirlərin müsəlman cəmiyyətlərini korlamaq və pozmaq üçün çəkdikləri filmlərdir. Bunu etməkdə məqsədləri müsəlman gənclərini pozmaqdır. Əgər biz baxsaq görərik ki, keçmiş əsrlərdə belə filmlər olmayıb, buna baxmayaraq bizim babalarımızın cinsi məsələlərdə heç bir problemi yaranmayıb. Əksinə görərik ki, son dövrlərdə kişi və qadınlarda cinsi zəiflik çox yayılıb. Bunun əsas səbəbi kimi tibb alimləri bu cür filmlərə və haramlara baxmağı gətirmişlər. Öz həmyaşıdlarınızla söhbət edərkən sizin belə şeylərdən məlumatsız olmağınız heç də sizin geridə qalmağınız demək deyildir. Əsas olan Allah qatında hörmətə sahib olmaqdır. Allah qatında ən çox hörmətə sahib olan isə Allahdan ən çox qorxanlardır. Əksinə siz Allahın əmrini yerinə yetirərək bu çirkin əməldən uzaq olduğunuz üçün onlardan qat-qat üstünsünüz. Həmçinin oxuyun:

Paylaş: