Başa duz və ya üzərlik çevirmək gözdəymədən qoruyurmu?
Sual:
Salam.Qizim uzaqdadir. Onun bashina duz ya da uzerlik cevirmek isteyirem
Bunu shekline etsem olarmi ve ya sadece adini soylesem?
Cavab:
Va aleykumus-sələm. Gözdəyməkdən qorunmaq üçün başa duz və ya üzərlik çevirmək düzgün deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə gözdəymənin haqq olduğunu bildirmiş və ondan qorunmağın yolunu da göstərmişdir. Gözdəymədən qorunmaq üçün xüsusi dualar deməklə Allaha sığınımaq lazımdır. Gözmuncuğu, at nalı, buynuz, tikan və s. bu kimi əşyalar asmaqla, və ya başa duz, üzərrik kimi şeylər çevirməklə gözdəyməkdən qorunmaq olmur. Əksinə belə əməllər günahdır və bu əməlləri etməklə Allahın qəzəbinə düçar olmaq olar.
Bu səbəbdən qızınızı göz dəymədən qorumaq üçün ona Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə gözdəymədən qorunmaq üçün öyrətdiyi zikr və duaları öyrədin. Gözdəymədən qorunmaq üçün deyilən dua və zikrləri bu linkdən oxuya bilərsiniz: