Allah tövbə edəni günahına görə cəzalandırırmı?

    17.03.2020
Kimdən: 
Anonim
Sual: 
Salam aleykum. Allah edilen boyuk gunahlari bagislayarmi? Eger evezinde hemin insana pis xestelik ve cox yaxin bir adamın ölümünu ve mueyyen isgenceler verdikdən sonra bağışlayarmı ?
Cavab: 
Aleykum salam. Uca Allah günah edən insana Allahın rəhmətindən ümidini üzməməyi və səmimi qəlbdən tövbə etməyi əmr etmişdir. Tövbə edənlərə isə böyük mükafat vəd etmişdir. Etdiyi günahdan asılı olmayaraq Allaha səmimi qəlbdən tövbə edəni Uca Allah bağışlayır, etdiyi günahları əfv edir, dərəcəsini yüksəldir, etdiyi günahları yaxşılıqlarla əvəz edir. Uca Allaha əfv etdiyi günahları silir və bu günaha görə onu nə dünyada, nə də Axirətdə cəzalandırmır. Çünki tövbə özündən əvvəlki günahları silir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Günahdan tövbə edən günahı olmayan kəs kimidir". (İbn Məcəh, 4250). 
Həmçinin, bilmək lazımdır ki, insanın başına gələn müsibətlər onun üçün Allah tərəfindən imtahan da ola bilər. Uca Allah qullarının səbir edib-etməyəcəklərini yoxlamaq üçün onları imanına görə müxtəlif cür imtahana çəkir. Uca Allah bu xüsusda buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: