Dəstəmaz alarkən bütün əzalar axıra qədər yaş qalmalıdırmı?
Əssələmu Aleykum. Dəstəmazın düzgün sayılması üçün əzaların yuyulması arasında uzun fasilə verilməməlidir. Belə ki, əzaların yuyulması arasındakı fasilə elə olmalıdır ki, növbəti əzanı yuyana qədər əvvəlki əza qurumasın. Bu, normal temperatur şəraitinə aiddir. Hava çox isti olduqda dəstəmazı normal qaydada çox fasilə vermədən alınarsa, əvvəlki əza qurusa da belə, dəstəmaz düzgün sayılır. Həmçinin, əgər fasiləyə səbəb dəstəmazla əlaqəli bir məsələ olarsa, (məsələn ayaqları yumaq üçün başqa yerə keçərsə və s.) bu da dəstəmazı batil etmir. Dəstəmaz alınarkən sona qədər bütün əzaların yaş qalması şərt deyil. Çünki dəstəmazın sonuna çatdıqda əvvəlki əzalar qurumuş olur və bu hal dəstəmaza xələl gətirmir. Əzaların yuyulması arasında bilərəkdən uzun fasilə vermək dəstəmazı batil edə bilər. Həmçinin oxuyun: