Ayağında ağrı olan necə namaz qılsın?

    16.04.2020
Kimdən: 
Gulnar
Sual: 
Salam Menim ayagim sinib qipsi Yeni cixariblar amma agri qalib men Namazmi qila Bilmirem Qipsi cixaran Kimi bawladim qilmaga Ayagim Yene wiwdi Bu gunahdi ??? Xais edirem Cavab vererdizde
Cavab: 

Və aleykum salam. Allaha həmd olsun ki, dinimiz asanlığı əmr edir. Uca Allah heç kəsdən onun gücü yetməyəndən artığını tələb etməz. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə, 286).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ayaq üstə namaz qıl, bacarmasan, oturaraq, bunu da bacarmasan, böyrü üstə uzanaraq namaz qıl". (Səhih əl-Buxari, 1050, 1117). Bu səbəbdən namazı sizə rahat olan şəkildə qılın. Əgər ayağınız ağrıyırsa, oturaraq, bu da mümkün olmadıqda, uzanaraq namaz qıla bilərsiniz. Daha ətraflı:  
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 
Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?

Teqlər: 
Paylaş: