"Lə iləəhə illəllahul-Məlikul-Haqqul-Mubin" zikrini gündə neçə dəfə oxumaq lazımdır?

    04.09.2020
Kimdən: 
Ayaz
Sual: 
Salam Aleykum! Fetih surasini 41 defe oxumaqdan 1 defe oxumagda ferq nededir??? ve LA ILAHE ILLALAHU'L MELIKU'L HAKKU'L MUBIN 100 defe oxumaq lazimdi yoxsa 1 dede ? Tesekkur edirem!
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz məsələdə fərq yalnız savabın az-çoxluğundadır. Belə ki, istənilən Quran ayələrini və ya surələrini çox oxumaq çox savab, az oxumaq da, çox oxumağa nisbətdə az savab qazanmaqdır. Həmçinin oxuyun: Quran oxumağın savabı haqqında

Qeyd etdiyiniz duanı müəyyən sayda bəzi təriqət mənsubları ruzinin artamasına görə oxuyurlar. Lakin, belə bir dua, zikr səhih hədislərdə varid olmayıb. Rəvayət aşağıdakı kimidir: "Kim gündə 100 dəfə "Lə iləəhə illəllahul-Məlikul-Haqqul-Mubiin - Allahdan başqa haqq ilah yoxdur və O, qiyamət gününün haqq olaraq malikidir, sahibidir" zikrini deyərsə, kasıbçılıqdan qorunar, qəbirin vəhşətindən (tənhalıq) əmin-amanda qalar, ruzisi artar və o zikrlə cənnətin qapısı onun üçün döyülər və üzünə açılar". (Əbu Nəim "Sifətul-Cənnəti", 185, "əl-Hilyə", 8/280; Əbu Sə'd əl-Malini "əl-Ərbəuunə fi şuyuuxis-suufiyyəti", 9; Xatib əl-Bağdadi "Tarix", 12/358-359; İbn əl-Covzi "əl-İləl-Mutənahiyəti", 2/352, 1402; İbn əl-Muqri "əl-Mintəxabu min ğaraib əhadiis Malik, Kəmə qalə Muhəqqiq "İləl əd-Dəraqutni", 3/106). Hədis alimləri bu rəvayətin olduqca zəif, hətta uydurma olduğunu demişdirlər. Səhih hədislərdə rəvayət olunan dualar barədə buradan oxuya bilərsiniz:
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası
Quran və Səhih hədislərdən seçilmiş dualar
Ruzinin artması üçün nə etməliyik?​​​​​​​

Paylaş: