Qohumumun haram məclisinə getməməyə görə ailə münasibətim pozulursa, nə etməliyəm?

    15.04.2020
Kimdən: 
Zaur
Sual: 
Əssəlamu Əleykim.Mən haram toylara gedməyəcəyimə dair tövbə etmişəm.Bu yaxınlarda həyat yoldaşımın qardaşının toy mərasimi olacaq.O haram toya getməsəm ailə vəziyətimə görə narahatam.Sizcə nə etməliyəm
Cavab: 

Aleykum salam. İçki və musiqi olan məclislərdə iştirak etmək günahdır. Bu işdən tövbə etməkdə düz iş tutmusunuz. Uca Allahdan sizi əfv etməsini və bu dində sabit etməsini diləyirik! 

Sizin üzərinizə düşən gələcək həyatınızda bu tövbəni pozmamaqdır. Əgər ailəniz sizi sevir və etiqadınıza hörmət edirsə, sizi başa düşməli və buna görə sizi qınamamalıdır. Hər bir halda Uca Allahı razı salmaq daha vacibdir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim bir əməl edər və bu əməllə insanları qəzəbləndirib Allahı razı salarsa, Uca Allah o kəsdən razı qalar və insanları da ondan razı edər. Kim də insanları razı salmaq üçün Allahı qəzəbləndirərsə, Uca Allahın o kəsə qəzəbi tutar və insanları da ondan narazı salar". (İbn Hibban, 1/510; ət-Tirmizi, 2414).

Həmçinin, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın". (İmam Əhməd 1/20; əl-Beyhəqi 7/366). Daha ətraflı məlumat almaq üçün bu cavabları oxuyun:

Paylaş: