Qız ərə gedərkən gələcək həyat yoldaşına keçmişdə etdiyi günahları danışmalıdırmı?

    15.04.2020
Kimdən: 
zehra
Sual: 
Salamaleykum. Bir qız evlendiyi zaman evleneceyi adama keçmişdeki tövbe etdiyi günahlarından danışmalıdırmı?
Cavab: 

Və aleykum salam. Günah etdikdən sonra tövbə edən şəxs, etdiyi günahları gizlətməlidir və etdiyi günahı kiməsə danışması icazəli deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətimin hamısı əfv ediləcək. Yalnız günahlarını yayanlardan başqa. (Məsələn,) birisi gecə bir günah edir və səhəri gün Allah onun bu qələtini ört-basdır etdiyi halda (dost-aşnasına): "Ey filankəs, mən bu gecə filan, filan işləri görmüşəm"- deyir. Gecə Rəbbi onun (günahının) üs­tü­nə örtük çəkir, səhər isə o, Allahın bu örtüyünü açır". (Səhih əl-Buxari, 6069). Daha ətraflı:
Keçmişdə zina edib tövbə etmiş qadın evlənəcəyi adama bu haqda danışmalıdırmı?
Ailə quracağım insandan zina etdiyimi gizlədə bilərəmmi?

Teqlər: 
Paylaş: