Peyğəmbərə salavat necə göndərilir?

    15.04.2020
Kimdən: 
Fidan
Sual: 
Salam size bir sualim olacaq peygenbere salavat nece gönderilir yeni salavat ve gönderilen de peygenberin adi çekilmilidi?
Cavab: 
Aleykum salam. Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) salavat göndərmək dedikdə, ona və ailəsinə Allahdan xeyir istəmək və dua etmək nəzərdə tutulur. Kəb ibn Ucra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdular: "Ey Allahın Elçisi, biz sənə necə salam verməyi bilirik. Bəs salavatı sənə necə gətirək?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu­yur­du: "Deyin: "Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə salleytə alə ali İbrahim, innəkə həmi­dun məcid. Allahummə barik alə Muhəm­mədin və alə ali Muhəmməd, kəmə barək­tə alə ali İbrahim, innəkə həmidun məcid (Allahım, İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Mu­həmmədə və Muhəm­mədin ailəsinə də xeyir-dua ver! Həqiqətən, Sən Tərifəla­yiq­sən, Şan-şöh­rətlisən! Allahım, İbrahi­min ailəsinə bərə­kət verdiyin ki­mi, Muhəmmədə və Muhəmmə­din ailəsinə də bərəkət ver! Həqiqətən, Sən Tərifəla­yiq­sən, Şan-şöh­rətlisən!)" (Səhih əl-Buxari, 4797). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: