Əsr namazı dərs vaxtına təsadüf etdiyinə görə onu vaxtından sonra qılmaq günahdırmı?

    21.04.2020
Kimdən: 
Melek
Sual: 
Salam men namaza teze baslayacam, ve esr namazi saati ile resim dersim eyni vaxta dusur esr namazin qaciriram, o namazin qezasin qila bilerem? gunah sayilirmi ?
Cavab: 
Aleykum salam. Uca Allah namazı müəyyən vaxtlarda qılınmasını buyurmuşdur. Hər bir fərz namazın özünün vaxt çərçivəsi var və üzrlü səbəb olmadan həmin vaxt ərzində qılınmayan namaz itirilmiş sayılır. Namazları yalnız səfər, xəstəlik və s. ciddi səbəblər olduqda cəm etmək olar. Zəruri səbəb yoxdursa, hər bir namazı öz vaxtında qılmaq lazımdır. Uca Allah bu xüsusda buyurur: ".. Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Daha ətraflı:
Namazın vaxtları ilə bağlı hədis
Namazı qəsdən qəza etməyin günahı nədir? 

Əsr namazının vaxtı günəş batana qədər davam edir. Əgər Əsr namazı dərs vaxtına düşür və evə qayıdana qədər onun vaxtı çıxırsa, bu zaman dərsin vaxtını dəyişməyinizi və ya Əsr namazını dərs fasiləsində qılmağınızı tövsiyə edirik. Ümumiyyətlə namaz qılmaq bəzi insanların düşündüyü kimi çox vaxt aparmır. Zöhr və ya Əsr namazı dördrükətli olduğuna görə ən uzun namazlardır. Onların hər biri beş dəqiqədən çox vaxt aparmır. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: