İbadətə həvəsin azalmasına səbəb nədir?

    26.04.2020
Sual: 
Salam..Men namazlarmi qilmagda cetinlik cekirem dua.edirem Allah komek olsun olmur vesvese gelr sozleri deyende yada namaza dura bilmirem hevesm olmur ..Ibadetlerle imtahan olur?
Cavab: 

Aleykum salam. Uca Allahdan sizi dində sabit etməsini və imanınızı artırmasını diləyirik! Sualda qeyd etdiyiniz hal - ibadətə həvəsin azalması və ibadətin ləzzətini duymamaq imanın artıb-azalması ilə əlaqədardır. Belə ki, iman artır və azalır. İmanın artıb-azalması bir çox səbəblərdən asılıdır. Bu səbəblərdən ən başlıcası günahlardır. Günahlar artdıqca və ya hər hansı bir günahı davamlı şəkildə etdikcə, iman azalır. Allaha itaəti artırdıqca isə iman artır. İman azaldıqda ibadətə həvəs azalır və ibadətlər insana çətin gəlir. Daha ətraflı:
İmanı artırmaq üçün nə etmək lazımdır?
Qəlbin yumşalması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: