Qəlbin yumşalması üçün nə etmək lazımdır?
Aleykum salam.
1) Sehr insanın imanına, qəlbinə və ağlına təsir edə bilər. Sehr, həmçinin, ailənin dağılmasına, ərlə arvadın birinə nifrət etməsinə və başqa bir çox fitnə-fəsada səbəb ola bilər. Bu səbəbdən sehrlə məşğul olmaq, kiməsə cadu etdirmək böyük günahlardan sayılır. Daha ətraflı:
Sehr nədir?
Cadu olunmasının əlamətləri hansılardır?
Cadu insanın taleyinə təsir edə bilərmi?
3) Qəlb sözünün mənası tez-tez çevrilən deməkdir. İnsanın qəlbi daim dəyişkəndir. Bu səbəbdən insanın qəlbinə təsir edən və onu sərtləşdirən, həmçinin, yumşaldan və imanını artıran səbəblər vardır. Qəlbə ən çox mənfi təsir edən amil günahlardır. Günahlar artdıqda, qəlb getdikcə sərtləşir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qul bir günah etdikdə, qəlbinə qara nöqtə qoyulur. Əgər qul bu günahdan əl çəkər, Allahdan bağışlanma diləyər və tövbə edərsə, bu qara nöqtə gütürülər. Əgər günah etməkdə davam edərsə, nöqtələr çoxalar, ta ki qəlbini örtər. Uca Allahın Quranda: "Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür". (əl-Mutaffifin, 14), - deməklə məhz bunu nəzərdə tutmuşdur". (ət-Tirmizi, 3334).
Bundan başqa qəlbi yumşaldan əməllər vardır. Qəlbi yumşaldan ən böyük səbəb Quran oxumaq, Quran dinləmək və Allahın ayələrini düşünməkdir. Uca Allah buyurur: "Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır". (Qaf, 37).
Həmçinin buyurur: "Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz". (əz-Zumər, 23).
Başqa bir ayədə isə belə buyurur: "Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr". (əl-Həşr, 21).
Həmçinin, qəlblərin yumşalmasına səbəb olan əməllərdən biri də ölümü, Axirəti xatırlamaq, dünyanın fani, Axirət yurdunun isə əbədi olmasını düşünməkdir. Ölümü unudub, Axirətdən qafil olmaq, yalnız dünyaya can atmaq isə qəlbin sərtləşməsinə səbəbdir. Uca Allah byuyrur: "Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir". (Ali İmran, 185).
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qəbirləri ziyarət edin, çünki qəbirləri ziyarət etmək Axirəti xatırladır" (Səhih əl-Buxari).
Həmçinin, qəlblərin yumşalmasına səbəb olan əməllərdən biri də Allahı çox zikr etməkdir. Uca Allah buyurur: "Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər". (əl-Ənfal, 2).
Həmçinin buyurur: "Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır". (ər-Ra'd, 28). Qəlb barədə həmçinin bunları oxuyun:
Qəlb nədir?
Qəlbim çox sıxılır və rahatlıq tapa bilmirəm, nə edim?