Qüsl aldıqdan sonra dırnağında lak qaldığını görən yenidən qüsl almalıdırmı?
Sual:
Salam qüsl aldıqdan sonra dirnaqlarda az miqdarda lakın qaldığını gördüm.Yenidən qüsl almalıyammı?
Cavab:
Aleykum salam. Qüsl alarkən bədənin hər yerinə suyun çatması vacibdir. Əgər bədənin müəyyən hissəsinə su dəyməyibsə, qüsl düzgün sayılmır və yenidən alınmalıdır. Bu səbəbdən qüsl aldıqdan sonra bədənin hər hansı bir hissəsinə suyun çatmadığını gördükdə, maneəni aradan qaldırmaq və təzədən qüsl almaq lazımdır. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?