Ananın övladına haqsız olaraq etdiyi bəd dualar qəbul olunurmu?
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, əgər bəd dua haqsız yerə edilibsə, bu bəd dua Allah tərəfindən qəbul olunmur və buna görə narahatçılıq keçirməyin. Valideynin övladı ilə təhqiramiz sözlərlərlə, xüsusən də insanların içində belə davranması düzgün deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) müsəlmanın müsəlmanı təhqir etməsini qadağan etmişdir. (Səhih Muslim, 4/1986).
O ki, qaldı ananızın sizə qarşı pis münasibətinə, bilin ki ananız sizə qarşı nə qədər pis davransa da onun sizin üzərinizdə analıq haqqı var. İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Dinimizdə valideynin övladı üzərindəki haqqı olduqca böyükdür və valideynin övladı ilə pis davranması bu haqqı qüvvədən salmır və övladın da valideynilə eyni şəkildə pis davranmasına əsas vermir. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23). Bu səbəbdən sizin üzərinizə düşən səbir etmək və onunla gözəl davranmaqdır. Allaha çoxlu dua edin və gözəl əxlaqınızla ona nümunə olun. Həmçinin oxuyun:
Pis valideynlərə nifrət etmək düzgündürmü?
Valideynlə küsülü qalmaq olarmı?
Əgər valideyn haqsız yerə övladına tez-tez qarğış edirsə, qəbul olunurmu?
Ata-ananı incitməyin günahı barədə