Ölüyə salavat demək olarmı?
Sual:
Salam aleykum
Ölüyə salavat demək olar? Bu nə dərəcədə düzgündür, ətraflı yazardız zəhmət olmasa, Allah sizdən razı qalsın, elminizə bərəkət versin Amin!
Cavab:
Aleykum salam. "Salavat gətirmək" dedikdə, Allahdan Peyğəmbərə və onun ailəsinə xeyir-dua istəmək nəzərdə tutulur. Uca Allah buyurur: "Həqiqətən də, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu salamlayın". (əl-Əhzab, 56).
Ölüyə salavat gətirmək düzgün deyil. Ölü üçün dua etmək, Allahın onu qəbirdə və Axirətdə sabit etməsini, qəbir əzabından qorumasını diləmək lazımdır. Daha ətraflı:
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
Həmçinin salavat barədə oxuyun:
Peyğəmbərə salavat gətirməyin fəzilətinə aid hədislər
İnsan öz ruhuna salavat göndərə bilərmi?