Qonşum səs-küy salaraq məni narahat edir...

    09.06.2020
Kimdən: 
Mamedoff
Sual: 
Salam menim qonsum her gun ses kuy edib meni narahat edir 10 ildir beledir evden kocmeyede imkanimiz yoxdu men ne vaxtsa rahat yasamaq sansim olacaq? (2) ci sualim 24 yashim var depresiv pozuntudan eziyet cekirem ona gorede isleye bilmirem gunah qazaniram yoxsa Allah bagislayar hal hazirda mualicemi davam etdirerem.
Cavab: 

Aleykum salam. Əvvəla Uca Allahdan sizə şəfa diləyirik.
1) Qonşunuz sizə əziyyət verməklə günah qazanır. Siz isə qonşunuzun sizə etdiklərinə qarşı səbir göstərməklə savab qazanırsınız. Sizə haqsızlıq edənə qarşı səbirli davranıb, onun xətalarını əfv etmək və pisliyə pisliklə qarşılıq verməmək gözəl əxlaqın əlamətlərindəndir və buna görə Uca Allah böyük mükafat vəd edir. Uca Allah bu xüsusda buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur". (Fussilət, 34-35). Ola bilsin ki, bu sizin üçün bir imtahandır. Belə hallarda Dinimiz bizə səbirli olmağı, gözəl əxlaq nümayiş etdirməyi və əfv yolunu tutmağı buyurur. İmkan daxilində qonşunuzla ünsiyyət qurub ona gözəl şəkildə nəsihət edin. Həmçinin, imkan daxilində qonşunuza hədiyyə edin. Çünki, hədiyyə vermək məhəbbəti artıran səbəblərdən biridir. Həmçinin, Allaha dua edin və pis qonşudan Ona sığının. Uqbə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Allaha dua edərək deyərdi: "Allahım, pis gündən, pis gecədən, pis saatdan, pis yoldaşdan və yaşadığım yerin pis qonşusundan Sənə sığınıram". ("Səhih əl-Cami" əsəri, 1299). Həmçinin oxuyun: Qonşumuz pisdir, ona nə qədər bəddua etsək də, heç nə olmur

2) Uca Allah heç kəsdən gücü şatmayan əməli tələb etmir və gücü çatmadığı üçün edə bilmədiyi əməllərə görə onlara günah yazmır. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir". (əl-Bəqərə, 286).
Həmçinin oxuyun: əl-Bəqərə surəsinin son üç ayəsinin izahı

Teqlər: 
Paylaş: