Peyğəmbərlər şiə namazı qılıb, yoxsa sünni?
Sual:
Peyğəmbərlər Şiə Namazı Qilir Yoxsa Əhli Sünnü
Xahis Edirem Ətrafli Cavab Verin
Cavab:
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı heç də eyni namazı qılmamışlar. Hər peyğəmbərin öz şəriətinə xas olan ibadəti olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları (şəriətləri) ayrı olsa da, dinləri (tək Allaha ibadət etmək) birdir". (Səhih əl-Buxari, 3443). Bizim Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə namaz qıldığını bilmək üçün bu sualların cavablarını oxuyun:
Peyğəmbər ﷺ namazı necə qılardı?
Sünni doğrudur, yoxsa şiə?
Bütün peyğəmbərlər namaz qılıblarmı?