Valideynlərimin dini nikahı yoxdursa, yenidən dini nikah bağlaya bilərlərmi?

    09.06.2020
Kimdən: 
Aygün
Sual: 
Atamla Anamın dini nikahı yoxdu mən bilirəmki dini nikah olmamaq günahdır indi atamla anam dini nikah kəsdirsələr olarmı? Və bunun indiyə kimi günahı nədir ? Əvvəlcədən Təşəkkürlər
Cavab: 

Salam aleykum. Nikahın şəriət baxımından düzgün sayılması üçün qadının atasının (yoxsa, qardaşının və ya əmisinin) izni və iki şahidin buna şahidliyi olmalıdır. Dini nikahın kağız üzərində yazılması isə vacib deyil. Əgər sizin ananız atasının (qardaşının, əmisinin) izni ilə evlənibsə, lakin bilmədikləri üçün bunu yazdırmayıblarsa, bu artıq nikahın doğru olması deməkdir və yenidən nikah kəsdirməyə ehtiyac yoxdur. Nikah barədə ətraflı oxuyun: 

Nikah bağlamağın qaydaları

İslama görə ərə gedən qızın vəlisi kimlər ola bilər?

Cahil vaxtı evlənənlər islama gəldikdən sonra kəbin kəsdirməlidirlərmi?

Teqlər: 
Paylaş: