Bir qadına "zinakar" demişəm, ondan halallıq almadan tövbə etsəm Allah məni bağışlayarmı?
Aleykum salam. Dinimiz kafir olsa belə bir insanın arxasınca danışmağı və qeybət etməyi qadağan edir. Xüsusilə də, bir insanı zinada ittiham etmək böyük günahdır. Uca Allah buyurur: "İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir. Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nur, 4-5). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həlakedici yeddi günahdan çəkinin!” Soruşdular: "Ya Rəsulullah, nədir onlar?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, cadugərlik etmək, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək". (Səhih əl-Buxari, 2766). Bu səbəbdən siz tövbə etməli və zinakar dediyiniz şəxsdən halallıq almalısınız. Həmçinin oxuyun:
Həlakedici günahlar
Başqasını zinada ittiham etmək (ƏL-QƏZF)
ən-Nur surəsi 6 - 10 - cu ayələr