Biokinezi ilə göz rəngini dəyişmək günahdırmı?

    09.06.2020
Kimdən: 
Hae Soo
Sual: 
Salam. Biokinezi ilə göz rəngini dəyişmək günahdırmı? Çox sağolun.
Cavab: 

Aleykum salam. Biokinezi - insanın öz düşüncə və xəyali gücündən istifadə edərək vücudunda və orqanizmində dəyişikliklər aparmasına deyilir. Bu müalicə elmi cəhətdən həqiqəti olmayan xəyali bir düşüncədir. Nə tibb elmində, nə də fizika elmində belə bir şey yoxdur. Bu düşüncənin əsli xurafat üzərində qurulmuş bütpərəstlik əqidəsindən qaynaqlanır. Bu düşncə əksinə insanlarda psixoloji problemlər yaradır. Bu səbəbdən bu elmlə məşğul olmaq qadağandır. 
Həmçinin, dinimizdə Uca Allahın insanı yaratdığı xilqətini dəyişməsi qadağandır. Yalnız fiziki qüsurları aradan qaldırmaq istisnadır. Uca Allah buyurur: "Allah (şeytana) lənət etdi. O isə dedi: "Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm". (ən-Nisa, 118). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Döymə edənlərə və döymə etdirənlərə, üz tüklərini alanlara və aldıranlara, dişlərini itiləyənlər və gözəllik üçün Allahın yaratdığını dəyişənlərə Allah lənət etsin!" (Səhih Muslim, 120). Bu səbəbdən dinimiz gözəllik üçün göz rəngini dəyişməyi, qaş almağı, saç və dırnaq qaynağı etdirməyi və plastik əməliyyatlar etməyi qadağan etmişdir. Həmçinin oxuyun:
Kiprik qaynaq etdirmək haqqında
Hansı halda plastik əməliyyat etdirmək olar? 
Qırışlara qarşı botoksdan istifadə etmək olarmı?

Teqlər: 
Paylaş: