Qeybətini etdiyim şəxsdən halallıq almadan tövbə etsəm Allah məni bağışlayarmı?

    09.06.2020
Kimdən: 
Melek
Sual: 
Salam xahiw edirem cavablandirin, men namaz qiliram ve istemeyerek xatirlamadim, qeybet etdim, cox pewmanam ne edimki Allahim meni bagiwlasin?? Hemin insanada demeye cox utaniram
Cavab: 

Aleykum salam. Əgər qeybətini etdiyiniz şəxs bunu bilmirsə, bu halda bu barədə ona deməyiniz məsləhət deyil. Çünki, bunu ona deməyiniz, onun qəlbinin qırılmasına və sizə qarşı kin-küdurət oyanmasına səbəb ola bilər. Bu halda siz Allaha tövbə etməklə yanaşı qeybətini etdiyiniz şəxs üçün Allaha xeyir-dualar edin və digər insanların yanında həmin şəxsin müsbət cəhətlərini xatırlayın, onun haqqında xoş danışın. Daha ətraflı:
Qeybət haqqında
Qeybət etdiyimə görə halallıq almalıyammı?
Qeybət etməkdən necə tövbə edim?

Paylaş: