Namazı bitirərkən salam verməyin qaydası

    09.06.2020
Kimdən: 
Aygun
Sual: 
Salam.men namazda esselamu aleykum rehmetullahi ve berekatuh demiwem.aleykum sozunden sonra "ve " demeyi unutdum..namazim batil olur? Qezasini qilmaliyam, coxsagolun cavablandirdiginiz ucun..
Cavab: 

Aleykum salam. Namazı bitirərkən sağ çiyinə salam vermək namazın ərkanlarından biridir. Salam verərkən "Əssələmu aleykum" demək namazı bitirmək üçün keçərlidir. Əlavə olaraq "və rahmətullahi və bərakətuhu" demək isə müstəhəbdir. Siz namazı bitirərkən "Əssələmu aleykum" dediyinzə görə namazınız səhihdir.
Həmçinin oxuyun: Peyğəmbər ﷺ namazı necə qılardı? 

Teqlər: 
Paylaş: